Lavrov bu iclasda Qarabağdakı vəziyyəti müzakirə edəcək

25.11.2021 14:38     Dünyadan reaksiya     382

Rusiyanın xarici işlər naziri Sergey Lavrov ATƏT Xarici İşlər Nazirlər Şurasının 28-ci iclası çərçivəsində Qarabağdakı vəziyyəti müzakirə edəcək.

Reaksiya.az Trend-ə istinadən bildirir ki, bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

Qeyd olunub ki, S.Lavrov dekabrın 2-3-də Stokholmda ATƏT Xarici İşlər Nazirlər Şurasının iclasında iştirak edəcək:

"İclasda təşkilatın hərbi-siyasi, iqtisadi, ekoloji və humanitar müstəvilərdə təhlükəsizik istiqamətində fəaliyyətinin yekunları və perspektivləri, eləcə də ATƏT məkanında, o cümlədən Qarabağda tənzimlənmə məsələləri müzakirə olunacaq", - M.Zaxarova deyib.

M.Zaxarova qeyd edib ki, iclasda, həmçinin Cənubi Qafqazda sabitlik üzrə Cenevrə müzakirələrində həmsədrlik müzakirə olunacaq.

"ATƏT XİN Şurasının iclası üçün Rusiya internetin terror məqsədləri üçün istifadəsinin qarşısının alınması üzrə bəyannamənin layihəsini hazırlayıb. Ümumilikdə 20-dən çox sənəd layihələri üzərində işlər davam edir", - deyə M.Zaxarova bildirib.

Reaksiya.az

Şərhlər