"İrəvan-Ankara münasibətlərin yaxşılaşmasına kömək etməyə hazırıq" - XİN
25.11.2021 16:29 Dünyadan reaksiya 379
“Rusiya İrəvan və Ankara arasında münasibətlərin normallaşmasına kömək etməyə hazırdır”.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.
O, Ermənistanın İrəvan və Ankara arasında vasitəçilik üçün yardım göstərməklə bağlı müraciət etdiyini təsdiqləyib. Əlavə edib ki, Rusiya Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasında maraqlıdır və buna səy göstərir.
"Ölkəmiz bundan sonra da hər cür kömək göstərməyə hazırdır. İnanırıq ki, bu prosesin başlanması, regionda vəziyyətin ümumi yaxşılaşmasına, mehriban qonşuluq və etimad mühitinin formalaşmasına töhfə verəcəkdir. Bu, indi xüsusilə aktualdır”, - Zaxarova söyləyib.
Onun sözlərinə görə, qeyd edilən mövzuda hansısa praktiki, yeni məqamlar olarsa, məlumatın həssaslığı nəzərə alınmaqla XİN bu barədə açıqlama verəcək.(AzVision)

Şərhlər