Nikol Paşinyan Soçiyə yola düşüb

26.11.2021 11:08     Dünyadan reaksiya     326

Ermənistanın Baş naziri Nikol Paşinyan üçtərəfli görüşdə iştirak etmək üçün Rusiyanın Soçi şəhərinə yola düşüb.

Reaksiya.az xəbər verir ki, bu barədə məlumatı “Aysor” yayıb.

Məlumatda qeyd olunub ki, səfər işgüzar xarakter daşıyır.

Qeyd edək ki, bu gün Soçidə Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya dövlət başçısı Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş keçiriləcək. Putinin təşəbbüsü ilə keçiriləcək görüş 2020-ci il noyabrın 10-da imzalanan üçtərəfli bəyanatın birinci ildönümünə həsr edilib.

Görüşdə sabitliyin güclənməsi istiqamətində atılacaq addımlar və Qarabağda dinc həyatın bərqərar olmasına dair məsələlər müzakirə ediləcək.

Reaksiya.az

Şərhlər