İsveç Səudiyyə Ərəbistanıyla barışmağa çalışır
18.08.2015 15:52 Dünyadan reaksiya 2043
Stokholm Ticarət Palatası Səudiyyə Ərəbistanı ilə münasibətlər pisləşdikdən sonra İsveç iqtisadiyyatı üçün yaratdığı mənfi təsirləri ortadan qaldırmaq üçün hərəkətə keçib.
Reaksiya.Az-ın məlumatına görə, İsveç xarici işlər naziri Marqot Valströmün Səudiyyə Ərəbistandakı insan haqqları pozuntularını tənqid etməsindən ardından iki ölkə arasında diplomatik böhran yaranmışdı.
Məsələ ilə bağlı açıqlama verən Stokholm Ticarət Palatası idarə heyətinin sədri Maria Rankka bildirib ki, “yeni yaradılan ticarət şurasına İsveç və Səudiyyə Ərəbistanı arasındakı ticarət əlaqələri yenidən inkişaf etdirmək tapşırılıb”.
Onun sözlərinə görə, hər il yüksək səviyyədə müştərək görüşlər keçirməyi qarşıya məqsəd qoyublar.
İsveç xarici işlər naziri Valströmün Səudiyyə Ərəbistandakı insan haqqları pozuntularını tənqid etməsilə başlayan böhran qabaqcıl isveçli iş adamlarının bütün xəbərdarlıqlarına baxmayaraq yeni hökumətin Səudiyyə Ərəbistanı ilə olan silah ixracatı müqaviləsini ləğvi ilə daha da dərinləşib.
Səudiyyə Ərəbistanının İsveçdəki səfirini geri çağırması və isveçli iş adamlarının vizalarının ləğv olunması Stokholmda narazılığa səbəb olub. İş adamları hökumətdən tələb ediblər ki, diplomatik və ticari münasibətləri yoluna qoymaq üçün addımlar atılsın.
Səudiyyə Ərəbistanı ixracata söykənən İsveç iqtisadiyyatının ABŞ və Avropa Birliyindən sonrakı ən əhəmiyyətli üçüncü ixracat bazarı olması ilə diqqət çəkir. 2014-ci ilin məlumatlarına görə, İsveçin Səudiyyə Ərəbistanına ixracatı 1,3 milyard ABŞ dolları təşkil edib.
Şərhlər