ABŞ Rusiyadakı “Suriya diplomatiyası”ndan narahat deyil

18.08.2015 15:56     Dünyadan reaksiya     2121

Rusiyanın Suriya siyasətini və bu siyasət çərçivəsində atdığı addımları tez-tez tənqid edən Vaşinqton rəhbərliyi Moskvada keçən həftə yaşanan “Suriya diplomatiya”sından narahat deyil.

Reaksiya.az xəbər verir ki, ABŞ xarici işlər nazirliyinin sözçüsü John Kirby Rusiya xarici işlər naziri Sergey Lavrovun keçən həftə Moskvada Səudiyyə Ərəbistanı xarici işlər naziri Adil əl-Cubeyr və Suriyalı müxalifət nümayəndələri ilə apardığı danışıqları “müsbət işarə” kimi dəyərləndirib.

"Rusiyanın cəhdləri ABŞ-ın Suriya böhranını həll etməyə yönəlmiş səylərin əhəmiyyətini azaldırmı?" sualına cavab verən Kirby bildirib ki, xarici işlər naziri John Kerry Rusiyanın səylərini məmnuniyyətlə qarşılayıb:  “Ancaq Kerry, Suriyadakı bütün tərəflərin ehtiyaclarına cavab verəcək siyasi həll variant tapmağın vacibliyini dəqiq bilir”.

Nazir Lavrov, keçən həftə əvvəl Səudiyyə Ərəbistanı xarici işlər naziri Adil əl-Cübeyrin, daha sonra Suriya müxalifətinin nümayəndələri Moskvada qəbul etmişdi.

Lavrov dünən isə İran xarici işlər naziri Məhəmməd Cavad Zəriflə Moskvada görüşlər keçirmiş və Suriyada diplomatik həll variantı üçün cəhdlərini davam etdirmişdi.

Şərhlər

Çox oxunanlar