Yəmənə soxulan BƏƏ qoşunları böyük itki verdi

18.08.2015 17:06     Dünyadan reaksiya     1776

Yəmən ordusu və şiə təmayüllü “Ənsarullah” Mukeyrasda gerçəkləşdirilən əməliyyat zamanı Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) aid 6 tankı ələ keçirib, bir çox zirehli texnikanı məhv edib.

Reaksiya.Az-ın məlumatına görə, Əbyan ilə Beydavilayətləri arasındakı Mukeyras bölgəsində baş verən toqquşmalarda onlarla “Əl-Qaidə” döyüşçüsü də Yəmən ordusu və “Ənsərullah” qüvvələri tərəfindən məhv edilib.

Səudiyyə koalisiyası adına Yəmənə quru qüvvələri göndərən BƏƏ burada şiddətli müqavimətlə üzləşib. BƏƏ-yə aid çox sayda zirehli vasitənin məhv edildiyi 6 tankın da ələ keçirildiyi qeyd olunub. 

Şərhlər