Rusiyanın yeni amfibik pilotsuz uçuş aparatı: "Çurok"
18.08.2015 17:08 Dünyadan reaksiya 2247
Rusiya Dövlət texnologiya şirkəti Rostec, “növünün ilk örnəyi” olduğu ifadə edilən Çurok (Çirkin ördəyi) adlı yeni amfibik pilotsuz uçuş aparatının ilk şəklini nümayiş etdirib.
Həm insanlı, həm də insansız olaraq istifadə edilən "Çurok" kəşfiyyat toplama, müşahidə və yükdaşıma missiyaları üçün hazırlanıb. Çirokun bomba ya da raket monte edilərək hərbi məqsədlər üçün də istifadə edilməyəcəyi qeyd edilib. İstifadə edilən texniki vasitələr sayəsində digər hava nəqliyyatı tərəfindən görülməsi az qala qeyri-mümkün olan Çirokun “səssizliyi” də diqqət çəkən xüsusiyyətlərindən biridir.
Digər tərəfdən kələ-kötür, qarla örtülü ya da bataqlıq ərazilərdən də asanca havalana bilən nəqliyyat vasitəsinin ardıcıl istehsalına də 2016-cı ildə başlanılması planlaşdırılır.
Şərhlər