Rusiyadan Ermənistana daha bir dəstək - Qazın qiyməti aşağı salındı

18.08.2015 17:04     Dünyadan reaksiya     2472

Ermənistan höküməti Rusiya qazının bu ölkəyə aşağı qiymətlərlə göndərilməsi haqqında sazişə imza atıb.

Reaksiya.az xəbər veiri ki, hər iki tərəfin ratifikasiyasından sonra min kub metr qazın qiyməti 190 dollardan 165 dollara salınıb. 

"Ermənistan və Rusiya hökümətləri hər iki sazişi imzalamağa hazırdır. Birinci sazişə görə, bu il ərzində qaz Ermənistana 165 dollar qiymətinə satılacaq. İkinci sazişdə isə noyabr ayının 1-dək bu qiymətlərə yenidən baxılacaq", - deyə Ermənistanın Energetika ve Təbii Resurslar üzrə naziri Yervand Zaxaryan bildirib.

Qeyd edək ki, qəbul edilən sənəd Rusiya və Ermənistan parlamentlərinin müzakirəsinə çıxarılacaq.

Xatırladaq ki, Rusiya Ukraynaya 1000 kub metr qazı 268.5 dollara satır.

Şərhlər

Çox oxunanlar