Finlandiya və İsveç NATO-ya alternativ hərbi ittifaq qurur
18.08.2015 17:20 Dünyadan reaksiya 2120
NATO üzvü olmayan Finlandiya və İsveçin regional təhlükəsizliyin artırılması məqsədi ilə öz aralarında hərbi ittifaq quracaqlar.
Reaksiya.az xəbər verir ki, Finlandiya Müdafiə naziri Jussi Niinistö, Helsinki və Stokholm arasındakı hərbi əməkdaşlığın Baltik bölgəsində NATO-ya alternativ yeni bir ittifaq meydana gətirəcəyini söyləyib. Niinistö, vaxtı gələndə və qarşılıqlı inam artanda, hərbi ittifaq qurulması mövzusunda hökumətlər arası razılaşma yaradılacağını deyib.
Digər tərəfdən finlandiyalı nazir, hərbi xərclərini böyük nisbətdə azaldan İsveçin müdafiə baxımından çox güclü olmadığını ifadə edərək, İsveç ordusunun lazım olan səviyyənin altında olduğunu müdafiə edib.
İsveçin hərbi xərcləri Ümum daxili məhsulun (ÜDM) nisbəti, 1 % - ni meydana gətirir. İsveç hökuməti müdafiə üçün 1.24 milyon dollar büdcə ayırarkən qonşusu Finlandiyanın isə müdafiə büdcəsi 3 milyon dolları keçir.
NATO üzvü olmayan İsveç və Finlandiya, 2014-cü ildə Gallerdə keçirilən NATO zirvəsində ittifaq nəzdində yaradılacaq 'təcili müdaxilə qüvvələrinin' ölkələrində mövqe qurmalarına icazə vermişdi. Ancaq iki ölkənin NATO ilə tam əhatəli ittifaq qurmasının qarşısında hüquqi maneə var. İsveçin və Finlandiyanın konstitusiyalarında, ölkələrin bitərəf statuslarını qoruması maddəsi yer alır.
Şərhlər