Rusiya silahının satış həcmi azalıb
06.12.2021 15:14 Dünyadan reaksiya 318
2020-ci ildə Rusiyanın doqquz nəhəng hərbi sənaye müəssisəsinin silah satışının həcmi 2019-cu illə müqayisədə 6,5 faiz azalıb.
APA-nın verdiyi məlumata görə, bu barədə Stokholm dünya problemlərini tədqiq edən beynəlxalq institutundan (SIRPI) bildirilib.
Qeyd olunub ki, Rusiyanın həmin hərbi sənaye komplekslərinin silah satışından gəliri 2020-ci ildə 26,4 mlrd dollar təşkil edib: “SIPRI-nın TOP-100 reytinqində doqquz rus şirkətinin silah satışının ümumi həcmi 6,5% azalıb. 2019-cu ildəki 28,2 milyard dollardan 2020-ci ildə 26,4 milyard dollara qədər enib. Bu, silah satışının 2017-ci ildən bəri müşahidə edilən azalma tendensiyasının davam etdiyini göstərir”.
Şərhlər