Rusiya və Hindistan yeni hərbi müqavilə imzaladı

06.12.2021 15:59     Dünyadan reaksiya     329

Rusiya və Hindistan arasında 2021-ci ildən 2030-cu ilə qədər hərbi-texniki əməkdaşlıq haqqında saziş imzalanıb.

Reaksiya.az xəbər verir ki, sənəd iki ölkənin müdafiə nazirləri Sergey Şoyqu və Rajnas Sinqhin, eyni zamanda xarici işlər nazirləri Sergey Lavrov və Subramaniam Caişankarın da iştirak etdiyi 2+2 görüşü çərçivəsində imzalanıb.

Sazişi Rusiya Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Xidmətin rəhbəri Dmitri Şuqayev və Hindistan müdafiə nazirinin hərbi təchizat üzrə müavini Kant Raq imzalayıblar. Verilən məlumatda müqavilənin qoşun növlərinin qarşılıqlı əməkdaşlığı, eləcə də ortaq silah və hərbi texnikaların istehsalı kimi sahələri əhatə etdiyi bildirilib. Hər iki ölkə arasında “BrahMos” raket kompleksinin, Su-30 təyyarələrinin və T-90 tanklarının birgə istehsalı ilə bağlı müəyyən məsələlərdə ilkin razılıq əldə edilib.

Qeyd edək ki, Rusiya lideri Putin Hindistanda səfərdədir.

Reaksiya.az

Şərhlər