Dünyada aparıcı kriptovalyutaların məzənnəsi uculaşıb

07.12.2021 08:55     Dünyadan reaksiya     339

Kriptovalyuta bazarında yenidən kəskin ucuzlaşma baş verib.

“Report” xəbər verir ki, dekabrın 6-da aparıcı kriptovalyutaların (Bitkoin, Ethereum, Solana, Cardano, Polkadot və s.) kotirovkaları 1,6%-dən 10%-ə kimi dəyər itirib.

Həftəlik ifadədə Bitkoinin qiyməti 15%-dən çox dəyərdən düşərək 48,2 min ABŞ dollarına satılır. Dünyanın ilk kriptovalyutasının kapitallaşması 1 trilyon dollarlıq həssas həddən aşağı düşüb. “Ethereum”un dəyəri həftə ərzində demək olar ki, 7% azalaraq 4 000 ABŞ dollarına enib.

“Binance”in Şərqi Avropadakı direktoru Qleb Kostarev deyir ki, kriptovalyuta bazarına təzyiq göstərən əsas amil koronavirusun yeni ştamının yaratdığı gərginlik və artan inflyasiya ilə bağlı qeyri-müəyyənlikdir.

Reaksiya.az

Şərhlər