Etirazçılar Ermənistan XİN-in binasına daxil oldu - VİDEO

10.12.2021 14:21     Dünyadan reaksiya     349

Bu gün İrəvanda “Azadlıq” Hərəkatı üzvlərinin etiraz aksiyası keçirdikləri Ermənistan Xarici İşlər Nazirliyinin binası yaxınlığında vəziyyət gərginləşib.

Erməni mediasının yaydığı xəbərə görə, əvvəlcə polis etirazçıları Xarici İşlər Nazirliyinin binasını tərk etməyə çağırıb.

Etirazçılar tələbi yerinə yetirmədiyi üçün zorla çölə çıxarılıb.

Aksiyanın təşkilatçılarından olan Ara Zohrabyan polisin hərəkətinə etiraz edib. Təşkilatçılar və aksiya iştirakçıları polis tərəfindən saxlanılıb.

Aksiya keçirənlər Qarabağdakı ermənilərlə bağlı Ararat Mirzoyandan cavab istəyirlər.

Şərhlər