İranda mülki təyyarələrin 50%-dən çoxu ehtiyat hissələri çatışmazlığından uça bilmir
11.12.2021 09:54 Dünyadan reaksiya 338
İran Aviadaşıyıcıları Assosiasiyasının sədr müavini Əli Rza Barxor ölkədə aviasiya sənayesinin hazırkı vəziyyəti ilə bağlı bəyanat verib.
Oxu.az xəbər verir ki, bu barədə İran KİV məlumat yayıb.
O bildirib ki, hazırda ölkədə təyyarələrin 50%-dən çoxu hissələrin, xüsusən də mühərriklərin çatışmazlığı səbəbindən uça bilmir.
Onun sözlərinə görə,170-dən çox təyyarə hazırda maliyyə çatışmazlığı və lazımi ehtiyat hissələrinin tədarükü ilə bağlı sanksiyalar səbəbindən istismardan kənarda qalıb.
Barxor qeyd edib ki, bu tendensiya davam edərsə, yaxın gələcəkdə istifadə olunmayan təyyarələrin sayı daha da artacaq.
Şərhlər