Dünya Bankı Əfqanıstana 280 mln. dollar ayıracaq
11.12.2021 15:45 Dünyadan reaksiya 356
Əfqanıstanın Yenidənqurma Fondunun (ARTF) donorları fonddan 280 ABŞ mln. ABŞ dolları çıxaracaq və bu vəsait əfqanlara humanitar yardım göstərmək üçün istifadə olunacaq.
APA-nın Dünya Bankına istinadən verdiyi məlumata görə, vəsait Ümumdünya Ərzaq Proqramına (WFP) və BMT-nin Uşaq Fonduna (UNICEF) ianə olunacaq ki, onlar Əfqanıstan xalqına yardım göstərə biləcək.
WFP 180 mln. dollar alacaq, bu məbləğ təxminən 2,7 mln. insanın ərzaq təminatına xərclənəcək. UNICEF-ə isə 12,5 mln. insanın həyatını xilas edən tibbi yardımın göstərilməsi, həmçinin 1 mln. insanın peyvənd edilməsi üçün 100 mln. dollar ayrılacaq.
Vəsait 2021-ci ilin sonuna kimi köçürüləcək.
"Bu qərar ARTF fondlarının bu kritik anda Əfqanıstan xalqına humanitar yardım göstərilməsi istiqamətində yenidən istiqamətləndirilməsi üzrə ilk addımdır. UNICEF və WFP Əfqanıstanda logistika potensialına malikdir, onlar bu vəsaitləri birbaşa əfqan xalqına səhiyyə və qidalanma xidmətlərinin göstərilməsi məqsədilə mövcud proqramlardakı maliyyə çatışmazlığının ödəmək üçün istifadə edəcək", - Dünya Bankının açıqlamasında deyilir.
Şərhlər