“WikiLeaks”in qurucusu Culian Assanc həbsxanada insult keçirib

13.12.2021 09:51     Dünyadan reaksiya     343

“WikiLeaks”in qurucusu Culian Assanc 2019-cu ildən həbsdə olduğu Böyük Britaniyanın paytaxtı Londonun Belmarş həbsxanasında insult keçirib.

“Report” xəbər verir ki, bu barədə “Daily Mail” qəzeti onun xanımı Stella Morrisə istinadən məlumat yayıb.

Qadının sözlərinə görə, hadisə oktyabrın 27-də Assancın London Ali Məhkəməsində videobağlantı vasitəsilə çıxışı zamanı baş verib. Morris qeyd edib ki, insult ABŞ-da davam edən məhkəmə çəkişmələrinin stressi və sağlamlığın ümumi pisləşməsi səbəbindən baş verib.

Hadisə “WikiLeaks”in qurucusunun səhhətinə pis təsir edib: onun sağ göz qapağı sallanıb, yaddaş problemi yaranıb, nevroloji zədələnmə əlamətləri var. Assanc beynin maqnit rezonans tomoqrafiyasından keçib və insulta aid dərman qəbul edir.

Böyük Britaniyanın Ədliyyə Nazirliyi xəbərə şərh verməkdən imtina edib.

Reaksiya.az

Şərhlər