Baş nazir hökumət qurmaq səlahiyyətini təqdim etdi
19.08.2015 00:36 Dünyadan reaksiya 1877
Reaksiya.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə baş nazir Əhməd Davudoğlu hökuməti qurmaq səlahiyyətini prezident Rəcəb Tayyib Ərdoğana təhvil verib. Bu barədə prezident administrasiyasından verilən açıqlamada deyilir: “ Prezident Ərdoğan 9 iyul 2015-ci ildə baş nazir Əhməd Davudoğluna Nazirlər Kabinetini qurmaq səlahiyyətini verib. Bu gün Ərdoğan Davudoğlunu qəbul edib. Görüşdə Davudoğlu bütün cəhdlərinə baxmayaraq yeni hökumət qurmağın mümkün olmadığını əsas gətirərək verilən səlahiyyəti geri təqdim edib. Ərdoğan isə bütün bunlara görə baş nazirə təşəkkür edib.”
Şərhlər