Şərqi Avropaya qoşun göndərməyi planlaşdırırıq - ABŞ
14.12.2021 11:06 Dünyadan reaksiya 349
Ağ Ev Ukrayna ilə bağlı vəziyyətin gərginləşəcəyi təqdirdə Şərqi Avropaya qoşun göndərməyi planlaşdırır.
Axar.az xəbər verir ki, bu barədə Ağ Ev sözçüsü Cen Psaki deyib.
"2014-cü ilə nəzər salsanız, NATO-nun bir çox tərəfdaş ölkələri dəstək, hərbi mövcudluğun artırılması və ya əlavə rotasiya qaydasında qoşunların yerləşdirilməsini istəyiblər. Əgər Rusiya Ukraynaya daxil olmağa qərar verərsə, bu imkan masadadır", - Psaki qeyd edib.
Şərhlər