“İranın nüvə proqramı sülhü təhdid edir”
15.12.2021 11:16 Dünyadan reaksiya 343
“İranın nüvə proqramı heç vaxt indiki qədər inkişaf etməyib”.
“Report” xəbər verir ki, bu barədə “Avropa üçlüyü”nün (Fransa, Almaniya və Böyük Britaniya ) BMT-də səslənən bəyanatında deyilir.
Bəyanatı Fransanın BMT-dəki daimi nümayəndəsi Nikola de Rivyer oxuyub.
“İran iki ildir ki, görünməmiş addımlar atır və ölkənin (İran - Red) nüvə proqramı heç vaxt indiki qədər inkişaf etməyib. Bu nüvə eskalasiyası beynəlxalq sülh və təhlükəsizliyi təhdid edir” , - deyə Nikola de Rivyer bildirib.
Onun sözlərinə görə, Fransa, Almaniya və Böyük Britaniya İranın nüvə proqramı ilə bağlı Birgə Hərtərəfli Fəaliyyət Planının tam şəkildə həyata keçirilməsinə sadiqdirlər.
Şərhlər