Paşinyan Əliyevlə görüş haqqında: “Təmasları davam etdirmək barədə razılığa gəldik”

15.12.2021 13:15     Dünyadan reaksiya     361

“Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel və Azərbaycan prezidenti İlham Əliyevlə üçtərəfli görüşdə biz dəmir yolunun yenidən işə salınması ilə bağlı razılığı təsdiqlədik”. Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan “Facebook” səhifəsində yazıb.

“Qarşılıqlıq prinsipləri üzrə beynəlxalq səviyyədə tanınmış sərhəd və gömrük qaydalarına uyğun olaraq, ölkələrin suverenliyi və yurisdiksiyası altında Ermənistan İran və Rusiyaya gedən dəmir yoluna çıxış əldə edəcək. Biz həmçinin təmasları davam etdirmək barədə razılığa gəldik”, - deyə Ermənistanın baş naziri bildirib.

Reaksiya.az

Şərhlər