Dağıstanın 3 rayonunda antiterror əməliyyatı rejimi tətbiq edilib

19.08.2015 03:18     Dünyadan reaksiya     1652

Dağıstanın 3 rayonunda yerli vaxtla saat 20:00-dan etibarən antiterror əməliyyatı rejimi tətbiq edilib.

Reaksiya.az-ın APA-ya istinadən verdiyi məlumata görə, xüsusi rejim Tabasaran, Xiv və Süleyman-Stal rayonlarında tətbiq edilib.

Hazırda adıçəkilən rayonlarında silahlıların yaxalanması və zərərsizləşdirilməsi üzrə əməliyyat aparılır.

Xatırladaq ki, avqustun 17-də Mahaçqala yaxınlığında naməlum silahlılar polis əməkdaşını güllələmişdilər. 

Şərhlər

Çox oxunanlar