Türkiyədə vəziyyət yenidən gərginləşdi - 2 şəhid
19.08.2015 04:32 Dünyadan reaksiya 1636
errorReaksiya.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Diyarbəkirin Lice rayonunda PKK terroristləri ilə baş verən qarşıdurma zamanı 2 əsgər şəhid olub. Dünən həmin ərazidə gedən döyüş zamanı türk ordusunun bir əsgəri şəhid olmuşdu. Bu gün axşam saatlarında vəziyyət yenidən gərginləşib və hələ də davam edir.
Həmçinin şəhərin Bağlar rayonundakı polis idarəsinə də hücum edilib. Qarşıdurma zamanı bir polis yaralanıb. Xəstəxanaya çatdırılan yaralı polisin həyatını xilas etmək mümkün olub.
Şərhlər