Prezidentlər yenidən görüşəcək

19.08.2015 04:23     Dünyadan reaksiya     1621

Görüşdə regionda aparılan hərbi əməliyyatlar və Donetskdə keçiriləcək seçkilərə şərait yaradılması müzakirə olunacaq.

Ukrayna prezidenti Pyotr Poroşenko, Fransa prezidenti Fransua Olland və Almaniya kansleri Angela Merkel avqustun 24 də Ukranyanın Donetsk şəhərindəki vəziyyəti müzakirə edəcəklər. 

Reaksiya.az-ın məlumatına görə, bu haqda Fransanın xarici işlər naziri Lorana Fabius məlumat verib. Xarici işlər naziri bildirib ki, prezidentlər Donetskdə keçiriləcək seçkiləri və aparılan hərbi əməliyatları müzakirə edəcəklər. 

"Birincisi hərbi əməliyyatlar dayandırılmalı və qoşunlar regiondan çıxarılmaldır. İkincisi biz Donetskdə seçkilərin keçirilməsi üçün lazım olan şəraiti bərpa etməliyik. Mən ümid edirəm ki, görüş hər iki istiqamətdə irəliləməyə kömək edəcək. Biz münaqişənin dekabra kimi həllini tapacağına ümüd edirik.” – deyə Fabius bildirib.

Prezidentlər arasında görüş bazar ertəsi günü Almaniyanın paytaxtı Berlində baş tutacaq.

Xatırladaq ki, fevralın 12-də "Normandiya dördlüyü” ölkələrinin – Ukrayna, Rusiya, Fransa və Almaniya rəhbərlərinin Belarusun paytaxtı Minsk şəhərində Donbass probleminin həlli üzrə yarım sutkadan çox davam edən görüş keçirilib. 

Şərhlər

Çox oxunanlar