BMT 126 ölkənin sponsorluğu ilə vaksinlə bağlı qətnamə qəbul edib

17.12.2021 09:10     Dünyadan reaksiya     432

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası Azərbaycanın təşəbbüsü və 126 ölkənin birgə sponsorluğu ilə COVID-19 əleyhinə vaksinlərə ədalətli çıxış haqqında qətnamə qəbul edib.

Bu barədə “Report” Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatı (BMT) yanında Daimi Nümayəndəliyinin tviter hesabına istinadən xəbər verir.

“Qoşulmama Hərəkatının Sədri Azərbaycan COVID-19-a qarşı mübarizəyə rəhbərlik etməyə davam edir”, - Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin sosial şəbəkədəki hesabında qeyd olunub.

Reaksiya.az

Şərhlər