FAO: Ərəb ölkələri arasında aclıq 91 faizi keçib
17.12.2021 09:46 Dünyadan reaksiya 442
Ərəb dünyasında son 20 ildə aclıqdan əziyyət çəkənlərin sayı 91,1%-ə çatıb.
"Report" xəbər verir ki, bu barədə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) təqdim etdiyi hesabatda deyilir.
Hesabata görə, COVID-19 pandemiyasının qlobal iqtisadiyyata təsiri də daxil olmaqla, uzun sürən böhranlar, sosial gərginliklər, şok və streslər fonunda 2020-ci ildə regionda aclıq çəkənlərin sayı 69 milyon nəfərə çatıb.
Sənəddə deyilir ki, il ərzində region əhalisinin təxminən üçdə biri (141 milyon insan, bir il əvvəlkindən 10 milyon nəfər çox) ərzaq təhlükəsizliyi ilə üzləşməli olub.
Ən çox aclıqla üzləşən ölkələr Yəmən və Somali olub.
Şərhlər