Terroristlərdən qaçarkən çayda boğuldular
19.08.2015 05:45 Dünyadan reaksiya 1714
Nigeriyanın şimal-şərqində Boko Haram terror təşkilatından qaçan 150 nəfər həyatını itirib.
Hadisə keçən həftənin cümə axşamı Nigeriyanın Yobe əyalətinin paytaxtı Damaturu şəhəri yaxınlığında baş verib. Lakin bütün əlaqə vasitələri terroristlər tərəfindən məhv edildiyi üçün hadisədən bu gün xəbər tutulub. Kənd sakinlərindən birinin verdiyi məlumata görə terroristlər kəndə hücum edərək xeyli insan öldürüb, əksəriyyət isə qaçarkən çayda boğulub.
Nigeriyada qərb təhsil sisteminə qarşı çıxan və şəriət dövləti istəyən terror təşkilatı Boko Haram 2009-cu ildən bu tərəfə ölkənin şimal-şərqində zorakı fəaliyyətlə məşğuldur. Birləşmiş Millətlər Təşkilatının açıqlamasına görə 2014-cü ildən bu günə qədər 8 mindən çox insan terroristlər tərəfindən öldürülüb. 734 mini uşaq olmaqla 1,5 milyondan çox insan isə yaşadığı yeri tərk etmək məcburiyyətində qalıb.
Şərhlər