ABŞ Rusiya ilə Avropada təhlükəsizlik sahəsində dialoqa hazır olduğunu bildirib

18.12.2021 08:23     Dünyadan reaksiya     459

“ABŞ Rusiya ilə Avropada təhlükəsizlik sahədə dialoqa hazırdır. Hərçənd ki bu dialoqda uğur da ola bilər, müvəffəqiyyətsizlik də”.

APA-nın xəbərinə görə, bunu ABŞ Prezidentinin təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan bildirib.

“Biz Rusiya ilə dialoqa hazırıq. Bizim Avropada təhlükəsizlik sahəsində Rusiya ilə dialoqumuz 20 il davam edib. Biz bəzi sahələrdə irəliləyiş əldə edə bilərik. Digər sahələrdə razılaşmaya da bilərik. Dialoqun mahiyyəti budur” - deyə Sallivan vurğulayıb.

“Fundamental anlamda bizim strategiyamızın mahiyyəti müttəfiqlərlə sıx koordinasiya şəraitində vahidliyi təmin edərək Rusiya ilə masa arxasına əyləşməkdir. Bu yolla biz lazımi formada müzakirələr apara bilərik” - deyə Sallivan fikrini yekunlaşdırıb.

Reaksiya.az

Şərhlər