ABŞ Gürcüstana hərbi yardım edəcək

19.08.2015 06:32     Dünyadan reaksiya     1629

ABŞ 2015-ci ildə Gürcüstana əlavə olaraq 20 milyon dollar həcmində hərbi yardım edəcək.

 

Reaksiya.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bunu Pentaqonun mətbuat katibi Piter Kuk bəyan edib.

 

Avqustun 18-də ABŞ-ın müdafiə naziri Eşton Karter gürcüstanlı həmkarı Tina Xidaşeli ilə görüşüb.

 

“Eşton Karter bildirib ki, ikitərəfli və çoxtərəfli təlimlər və treninqlər daxil olmaqla, ABŞ Gürcüstanla hərbi sahədə sıx əməkdaşlığı davam etdirmək niyyətindədir. Həmçinin nazir Gürcüstan-NATO komissiyası formatında da münasibətlərin inkişaf edəcəyini təsdiqləyib”, deyə P.Kuk bildirib.

 

Qeyd edək ki, bu, T.Xidaşelinin müdafiə naziri təyin edildikdən sonra amerikalı həmkarı ilə keçirdiyi ilk görüş olub. 

 

Şərhlər