ABŞ-ın Əfqanıstan üzrə nümayəndəsi taliblərlə görüşüb

20.12.2021 10:59     Dünyadan reaksiya     361

Radikal “Taliban” hərəkatının nümayəndə heyəti İslamabadda ABŞ-ın Əfqanıstan üzrə xüsusi nümayəndəsi Tomas Uest ilə məsləhətləşmələr aparıb.

“Report” xəbər verir ki, bu barədə “Taliban”ın Əfqanıstanın xarici işlər nazirliyinə təyin ediyi mətbuat katibi Əbdül Kahar Bəlxi öz “Twitter” səhifəsində məlumat verib.

Söhbət zamanı tərəflər Əfqanıstandakı mövcud iqtisadi və humanitar vəziyyəti ətraflı müzakirə ediblər.

Bundan əvvəl “Taliban” nümayəndələri Pakistanın paytaxtında BMT baş katibinin humanitar məsələlər üzrə müavini Martin Qriffits, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və bir sıra digər diplomatlarla danışıqlar aparıblar.

Reaksiya.az

Şərhlər