Putin bu il Rusiyada qarşısı alınan terror aktlarının sayını açıqlayıb

20.12.2021 11:22     Dünyadan reaksiya     369

“Cari ilin 11 ayı ərzində Rusiyada 61 terror cinayətinin, o cümlədən 32 terror aktının qarşısı alınıb”.

“Report” xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin bəyan ediub.

Onun sözlərinə görə, terrorizmlə mübarizədə səmərəli fəaliyyətin davam etdirilməsi vacibdir:

“Bu gün mürəkkəb beynəlxalq vəziyyət, müasir çağırışların, risklərin xarakteri və miqyası xüsusi xidmət orqanlarının işinə artan tələblər qoyur. İlk növbədə, əsas prioritet vəzifənizin həllində: terrora qarşı sərt və barışmaz mübarizə. Son illər bu çətin, son dərəcə vacib sahədə mühüm uğurlar və ümumilikdə müsbət dinamika var”.

V. Putin əlavəı edib ki, son illər terror təhlükəsinin köklü şəkildə azalmasına nail olmaq mümkün olub.

Reaksiya.az

Şərhlər