İsveçdə COVID-pasportları çip şəklində vətəndaşlara yeridilməsinə başlanılıb
20.12.2021 11:46 Dünyadan reaksiya 396
İsveçin Epicenter şirkəti dəri altına implantasiya edilən COVID-pasportları olan mikroçiplər hazırlayıb.
Trend xəbər verir ki, düyü dənəsi ölçüsündə olan implant şəxsin peyvənd məlumatı üçün skan edilə bilər. Bundan əlavə, çiplərdə müqavilələr, avtobus biletləri və hətta idman zalında üzvlüyə aid məlumatlar saxlanıla bilər.
Ölkənin 6 mindən çox sakini bu çipi bədəninə yeridib.
İstehsalçı çirkıt əmin edir ki, prosedur təhlükəsizdir və zəruri hallarda implantlar çıxarıla bilər.
Şərhlər