İsraildə COVID-19-a qarşı hazırlanan “Paxlovid”in istifadəsinə icazə verilib

27.12.2021 08:25     Dünyadan reaksiya     410

İsrail Səhiyyə Nazirliyi ABŞ-ın Pfizer şirkəti tərəfindən COVID-19-a qarşı hazırlanan “Paxlovid” dərmanından ölkədə istifadəsinə icazə verib.

APA xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, artıq Səhiyyə Nazirliyi ilə Pfizer şirkəti arasında “Paxlovid”in alınması ilə bağlı müqavilə imzalanıb və yaxın günlərdə preparatın İsrailə göndərilməsi gözlənilir.

Qeyd edək ki, “Paxlovid” yüngül və orta dərəcəli koronavirus xəstələrinin müalicəsi üçün nəzərdə tutulub.

Şərhlər