Türkiyə DİN İstanbul Böyükşəhər Bələdiyyəsində terrorçu axtarışı ilə əlaqədar yoxlamalara başlayıb
27.12.2021 08:38 Dünyadan reaksiya 387
Türkiyənin Daxili İşlər Nazirliyi (DİN) İstanbul Böyükşəhər Bələdiyyəsinə (İBB) tabe olan şirkətlərə təyin olunan kadrlar arasında terrorçuların olduğu şübhəsi ilə təftişə başlayıb.
Bu barədə Türkiyə DİN-in “twıtter” səhifəsindən açıqlama yayılıb.
Bildirilib ki, İBB-yə tabe olan şirkətlərdə 455-i Kürdüstan Fəhlə Partiyası (PKK) / Kürdüstan İcmalar Birliyi (KCK), 80-i İnqilabçı Xalq Azadlıq Partiyası-Cəbhəsi (DHKP-C), 20-si Marksist-Leninçi Kommunist Partiyası (MLKP), 2-si Marksist Kommunist Partiyası (MKP) olmaqla, həmçinin, bəzilərinin FETÖ və digər terror təşkilatlarına bağlı olduğu müəyyən edilərək DİN tərəfindən xüsusi yoxlama başlanılıb.
Şərhlər