ABŞ Kiyevə Donbasla bağlı şok təklifə hazırlaşır
28.12.2021 13:56 Dünyadan reaksiya 517
ABŞ Ukraynaya ölkənin şərqindəki və hazırda Rusiya qüvvələrinin nəzarətində olan ərazilərə müəyyən səviyyədə muxtariyyət verməyi təklif edəcək.
Axar.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin Ukrayna üzrə keçmiş xüsusi nümayəndəsi Kurt Volker deyib.
"Mən də bu materialı oxudum, lakin Bayden administrasiyasında heç kimdən rəsmi və ya açıq şəkildə belə bir şey eşitməmişəm. Məncə, bu, Minsk razılaşmalarındakı fərqləri əks etdirir. Danışıqlarda prinsip qalmalıdır - Ukraynasız Ukrayna ilə bağlı qərar olmamalıdır! Biz münaqişənin həllini necə gördüyü barədə Kiyevlə məsləhətləşməliyik və bu əsasda Rusiya ilə danışıqlar aparmalıyıq. Biz Rusiyanı təcavüzünə görə "mükafatlandırmamaq" üçün Ukraynaya təzyiq göstərməməliyik”, - Volker qeyd edib.
Volker belə hesab edib ki, müharibənin başa çatmasına Rusiyaya təzyiqlərin artması şərait yaradacaq.
Şərhlər