ÜST-dən XƏBƏRDARLIQ: “Ölkələrin səhiyyə sistemləri çökə bilər”
30.12.2021 12:56 Dünyadan reaksiya 525
Koronavirusun Delta və Omikron variantarının kəskin yayılması səhiyyə sistemlərini ciddi imtahan qarşısında qoyur.
APA-ya xəbər verir ki, bunu ÜST-nin Baş direktoru Tedros Adanom Qebreyesus deyib.
“Mən çox narahatam ki, Delta və Omikron variantları sunami effekti yaradacaq. Bu da artıq yorğun düşmüş tibb personalına və çökmənin bir addımlığında olan səhiyyə sistemlərinə təzyiq yaradır” deyə, Baş direktor bildirib. Qebreyesus Delta və Omikron variantlarını “əkiz təhlükə” adlandırıb.
Şərhlər