Rusiya NATO ilə danışıqlarda Türkiyədən dəstək istəyir
30.12.2021 16:12 Dünyadan reaksiya 576
Rusiya-NATO münasibətlərinin yaxşılaşmasına real töhfə Moskvanın təhlükəsizlik zəmanətləri ilə bağlı təkliflərinin Türkiyə tərəfindən dəstəklənməsi ola bilər.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.
Türkiyənin NATO-Rusiya münasibətlərində vasitəçilik imkanları ilə bağlı suala cavab verən Rusiya XİN rəsmisi NATO-da qərarların konsensus əsasında qəbul olunduğunu xatırladıb: “Ona görə də vasitəçilik termini bu məzmunda çətin ki, düz gəlsin. Lakin Rusiya ilə Şimal Alyansının münasibətlərinin yaxşılaşmasına real töhfə Moskvanın təhlükəsizlik zəmanətləri ilə bağlı təkliflərinin Ankara tərəfindən dəstəklənməsi ola bilər. Bu, Türkiyənin əhəmiyyətli rolu ola bilər. Ankaranın NATO-dakı rolu, onun diplomatik ustalıq imkanları danışıqlarda əhəmiyyətli rol oynaya bilər. Bir daha xatırladıram ki, NATO-da qərarlar konsensus əsasında qəbul olunur”.
Şərhlər