"Pandemiya tezliklə sona çatacaq" - Yunan alim
03.01.2022 10:45 Dünyadan reaksiya 437
Yunanıstanın Aristotel Universitetinin professoru Demosfen Sariyannis koronavirus pandemiyasının tezliklə sona çatacağını proqnozlaşdırır. Onun sözlərinə görə, fevralın 20-dən sonra virusa yoluxma azalacaq. “Omikron” ştammı isə xəstəliyin son mutasiyası ola bilər.
AzVision.az xəbər verir ki, bu barədə alim “Newsbeast”ə müsahibəsində deyib.
“Yeni ştamma yoluxmalarda artımlar yanvarın 20-22-dək davam edəcək. "Omikron”un dalğasının pik nöqtəsindən bir ay sonra, fevralın 20-də onun azalması müşahidə olunacaq. Onda orta həftəlik yoluxma sayı 3500 - 4000 hal olacaq. Bununla da “Omikron”un sonu olacaq və cəmiyyətimizin çox böyük bir hissəsi immunitetə malik olacaq”, - Sariyannis bildirib.
Yunanıstanda son beş gündə hər gün koronavirusa yoluxma ilə bağlı yeni rekordlar qeydə alınır - cümə günü 40,5 min yoluxma aşkarlanıb. Onların arasında “Omikron”a yoluxma üstünlük təşkil edib.
Şərhlər