Baydenin reytinqi yerlərdə sürünür

05.01.2022 07:58     Dünyadan reaksiya     383

ABŞ prezidenti Co Baydenə olan etimad özünün ən aşağı nöqtəsini görüb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə CNBC telekanalı məlumat yayıb. Kanalın informasiyasına əsasən, Ağ Evin hazırkı rəhbərinin reytinqi 44% təşkil edir.

Sorğuda iştirak edənlərin 60%-i, yəni üçdə ikisi iqtisadi vəziyyətin düzəlməməsindən şikayətçi olduqlarını bildiriblər. 55% isə prezidentin ölkə ərazisində koronavirus pandemiyası ilə baş etmədiyi düşüncəsindədir.

“Əsas məyusluq iqtisadiyyatla bağlıdır. Demək olar ki, bütün demokrafiq qruplar 1 nömrəli problem olaraq bunu göstərdilər”,-deyə araşdırma mətnində qeyd olunub.

Telekanalın ötən ilin aprel ayında keçirdiyi soğruda Co Baydenin nüfuzu 51%, sentyabr ayında isə 46% görünürdü.

 

Şərhlər