Qazaxıstanda etirazçılarla təhlükəsizlik qüvvələri arasında toqquşmalar baş verib

05.01.2022 09:18     Dünyadan reaksiya     348

Qazaxıstanda maye qazın qiymətinin aşağı salınmasına baxmayaraq etirazlar davam edir.

Nümayişçilər ölkə hökuməti qarşısında digər sosial-iqtisadi xarakterli tələblər irəli sürüblər. Artıq ölkə prezidenti Qasım Jomart Tokayev də öz “Twitter” səhifəsindən etirazçılara müraciət edib.

Oxu.az bildirir ki, o, həmin tələblərin sabah baş tutacaq hökumət iclasında nəzərdən keçiriləcəyini bildirib.

***

Almatıda etirazçılarla təhlükəsizlik qüvvələri arasında toqquşmalar baş verib.

Bu barədə yerli KİV məlumat yayıb. Məlumata görə, hazırda etirazçılar şəhərin Respublika meydanına toplaşıb. Əraziyə çox sayda asayış keçikçisi cəlb olunub. Nümayişçilərlə polis arasındakı toqquşmalarda sonuncular kütləyə qarşı işıq və səs qumbaralarından istifadə ediblər.

***

Almatıda polis etirazçıları Respublika meydanından sıxışdıraraq çıxarıb.

Bu barədə sosial şəbəkələrdə müvafiq görüntülər yayılıb.

Bildirilib ki, ölkədə internetlə bağlı problemlərin yaşandığından videomaterialların dünya ictimaiyyətinə çatdırılması bir neçə saat gecikir. Respublika meydanından qovulan etirazçıların şəhərin mərkəzi küçə və prospektlərilə hərəkət etdiyi qeyd olunur.

Şərhlər