Diyarbəkirdə şəhid sayı 4-ə çatdı - Yenilənib - VİDEO - FOTOLAR

19.08.2015 14:43     Dünyadan reaksiya     2869

Diyarbəkirdə dünən çıxan qarşıdurmada ağır yaralanan hərbçi, leytenant Hubeyib Turan şəhid olub.

Reaksiya.az xəbər verir ki, o, PKK ilə döyüşdə ağır yaralanaraq Diyarbəkir xəstəxanasına aparılmışdı.

12.43

Türkiyə daha 3 şəhid verib.

Türkiyənin Diyarbəkir bölgəsində hərbçilərlə PKK-lılar arasında daha bir qarşıdurma yaranıb.

Reaksiya.az xəbər verir ki, nəticədə 3 hərbçi şəhid olub.

Döyüşlərdə 21 terrorçunun da öldürüldüyü bildirilib.

Ayağından yaralanan polis məmuru isə xəstəxanaya aparılıb. Onun həyatının təhlükədə olmadığı öyrənilib.

Hücumdan sonra Diyarbəkir Polis İdarəsinin rəisi Halis Böğürcü araşdırmalara başlayıb.

Polis idarəsinə hücum təşkil edənlərin yaxalanması üçün bölgədə geniş miqyaslı əməliyyat keçirilir.

Şərhlər