Qazaxıstanda 200-dən çox etirazçı saxlanılıb

05.01.2022 11:32     Dünyadan reaksiya     382

Qazaxstanın bir sıra regionlarında baş vermiş aksiyalar zamanı ictimai asayişi pozan 200-dən çox şəxs saxlanılıb.

AzVision.az xəbər verir ki, bu barədə Qazaxstanın Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Qeyd edilib ki, dövlət məmurlarına qarşı zorakılıq, xuliqanlıq, dövlət binalarına hücümla bağlı 13 fakt üzrə istintaqa başlanılıb:

“Qanunazidd hərəkətlər nəticəsində daxili işlər orqanlarının 95 əməkdaşı xəsarət alıb, 37 xidməti avtomobilə ziyan dəyib”.

Şərhlər