Qazaxıstan prezidenti etirazçıları terrorçu adlandırdı, KTMT-yə müraciət etdi

06.01.2022 08:39     Dünyadan reaksiya     364

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin sədrliyi ilə ölkəni təhlükəsizlik şurasının iclası keçirilib.

“Sputnik Qazaxıstan” bildirir ki, iclasda dövlət başçısı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı üzvü olan ölkələrə müraciət edib. O, ölkədə baş verənləri xarici təcavüz kimi qiymətləndirib.

Yerli telekanallar vasitəsilə yayımlanan iclas zamanı Tokayev Almatıdakı iğtişaşların təşkilatçılarını “terrorçu dəstələr” adlandırıb.

“Hazırda Almatıda və digər şəhərlərdə terrorçular tüğyan edir. Almatı yaxınlığında Müdafiə Nazirliyinin hava desant bölməsi döyüşlər aparır. Şəhərin hava limanı, beş təyyarə ələ keçirilib”, - deyə o qeyd edib.

Prezident xalqın maraqlarının müdafiəsi üçün hər şeyi edəcəyini bildirib.

Şərhlər