SON DƏQİQƏ: Tokayev hökumətə təcili GÖSTƏRİŞ VERDİ
06.01.2022 12:03 Dünyadan reaksiya 397
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev qanunsuz etirazlar fonunda vəziyyəti sabitləşdirmək üçün ölkə hakimiyyətinə bir sıra təcili göstərişlər verib.
Bu barədə məlumat dövlət başçısının saytında yer alıb.
Ümumilikdə Tokayev hökumətə 10 məsələnin hazırlanmasını tapşırıb.
İstiqamətlər arasında birinci bənddə Baş Prokurorluq, Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Komitəsinin nümayəndələrindən ibarət xüsusi istintaq qrupunun yaradılması yer alır. Qazaxıstandakı mövcud vəziyyətə görə məsuliyyət daşıyanların hamısının müəyyən edilərək cinayət və inzibati məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
İkinci bənd silahlı qüvvələrin, MTN-nin, Daxili İşlər Nazirliyinin, Milli Qvardiyanın və digər hüquq-mühafizə orqanlarının döyüş hazırlığının və texnikasının artırılması, eləcə də hərbi qulluqçuların mənəvi-psixoloji vəziyyətinin qorunmasında köməklik göstərilməsi ilə bağlıdır.
Üçüncü məqam ondan ibarətdir ki, məmurlar həlak olan polis və hərbçilərin ailələrinə böyük miqdarda maddi dəstək göstərməli olacaqlar.
Dördüncü tapşırıq çərçivəsində cinayətkar qrupların əməlləri nəticəsində zərərçəkmişlər və itkin düşənlər barədə məlumat almaq mümkün olacaq. Bunun üçün xüsusi telefon xətti təşkil olunacaq.
Beşinci bəndə əsasən, komissiya iğtişaşlar zamanı dəymiş ziyanı qiymətləndirməlidir.
Növbəti bənd Qazaxıstanda kommunal xidmətlərin, ictimai nəqliyyatın və sosial infrastrukturun işinin bərpasına yönəlib.
Yeddinci bənd cinayət əməllərinin qurbanı olan Almatıda və ölkənin digər bölgələrindəki kiçik və orta biznesin nümayəndələrinə dövlət dəstəyi istiqamətinə yönəldilmişdir.
Prezidentin səkkizinci tapşırığı ikinci dərəcəli bankların və digər maliyyə təşkilatlarının stabil və fasiləsiz fəaliyyətinin bərpasını təmin etmək məqsədi daşıyır.
Doqquzuncu göstəriş diplomatik nümayəndəlikləri və bir sıra xarici investisiya subyektlərini qorumaq üçün lazımdır.
Tokayevin onuncu əmri Qazaxıstan Xarici İşlər Nazirliyinə ünvanlanıb. Bildirilib ki, diplomatik missiya əməkdaşları qonşu dövlətlərlə qarşılıqlı əlaqədə olsunlar.
Qeyd edək ki, yanvarın 2-də Qazaxıstanda maye qazın bir litrinin qiymətinin yüksəlməsindən sonra Mangistau vilayətinin Janaozen şəhərində başlayan etiraz aksiyaları hazırda davam edir. Hökumət Almatıda etirazları yatırmaq üçün antiterror əməliyyatları başladıb.(publika)
Şərhlər