Putin Qazaxıstanı “öz evi” adlandırdı

10.01.2022 15:51     Dünyadan reaksiya     347

“Biz anlayırıq ki, Qazaxıstanda baş verən hadisələr dövlətlərimizin daxili işlərinə kənardan ilk və son müdaxilə deyil”.

Bunu Rusiya Prezidenti Vladimir Putin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Kollektiv Təhlükəsizlik Şurasının onlayn formatda keçirilən növbədənkənar iclasında deyib.

“KTMT xətti ilə görülən tədbirlər aydın olaraq göstərdi ki, biz evimizdə vəziyyəti qarışdırmağa və “rəngli inqilablar” adlanan ssenariləri həyata keçirməyə imkan verməyəcəyik”, - deyə Putin söyləyib.(qafqazinfo)

Reaksiya.az

Şərhlər