Tokayev GÖSTƏRİŞ VERDİ
11.01.2022 12:00 Dünyadan reaksiya 376
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev xüsusi təhqiqat qrupuna ölkədə baş verən hadisələrin səbəblərini açıqlamağı tapşırıb.
Tokayev bu barədə parlament üzvləri qarşısında çıxış edərkən bildirib.
O, terror qruplaşmalarının fəaliyyətinin müəyyən edilməsi ilə bağlı təcili göstəriş verib.
“Başqa bir son dərəcə vacib məqam: niyə dövlət silahlıların gizli mövcudluqlarını və onların komanda məntəqəsinin fəaliyyətini müəyyən etmədi? Niyə ölkəmizin ərazisində bu qədər qanunsuz silah və xüsusi texnika var? Nə üçün terrorçuların və onların obyektlərinin aşkar edilərək zərərsizləşdirilməsi ilə bağlı məxfi iş aparılmayıb?” - deyə Tokayev qeyd edib.
Onun sözlərinə görə, xüsusi istintaq-əməliyyat qrupu öz işini yüksək keyfiyyətlə və tam şəkildə həyata keçirməli, faciənin bütün səbəblərini və təfərrüatlarını açıqlamalıdır.
Şərhlər