İran İŞİD-ə qarşı əməliyyata hazırlaşır - “Independent”

19.08.2015 14:15     Dünyadan reaksiya     2418

İngiltərənin “Independent” qəzeti İranın İŞİD-ə qarşı Suriyada əməliyyatlar keçirmək istədiyini yazıb.

Reaksiya.az xəbər verir ki, iranlı diplomatlar sünni ölkələrdə lobbi fəaliyyətlərini həyata keçirmək və Suriyaya dəstək olmaq üçün İŞİD-ə qarşı mübarizənin vacibliyini deyiblər.

Min illik bir dövlətçilik ənənəsi olan İran indidən lobbilərlə danışmağa başlayıb.

Qəzet İraqla Suriya arasında artıq heç bir sərhədin qalmadığını, İŞİD-in də mərkəzinin Suriyada yerləşdiyini yazıb.

Şərhlər