NATO-dan Ukrayna açıqlaması

14.01.2022 16:17     Dünyadan reaksiya     373

"ABŞ, Böyük Britaniya və Türkiyə avadanlıq və təlim sahəsində Ukraynaya dəstək verir. Lakin Ukrayna NATO-nun müttəfiqi deyil. NATO-da müttəfiqləri müdafiə etmək öhdəliyi yalnız bloka üzv ölkələr üçün keçərlidir”.

Bunu NATO-nun baş katibi Yens Stoltenberq deyib. 

O bildirib ki, Rusiya Ukraynaya qarşı yenidən güc tətbiq etsə, bu, strateji səhv olacaq və siyasi, iqtisadi və maliyyə sanksiyaları baxımından Rusiya ciddi nəticələrlə üzləşəcək:

"Kiyev 2014-cü illə müqayisədə indi özünü müdafiə etmək iqtidarındadır. Onun qüvvələri daha yaxşı hazırlanıb. Təbii ki, bu sahədə nə lazımdırsa, edəcəyik. Ukrayna məsələsində nəticələrin yeni iqtisadi sanksiyalar olacağını və bu ölkəyə dəstəyimizi verəcəyimizi bəyan etmişik".

Reaksiya.az

Şərhlər