Almatıda saxlanılan aksiyaçıların sayı 2,6 min nəfərə çatıb
17.01.2022 12:05 Dünyadan reaksiya 332
Almatıda saxlanılan aksiyaçıların sayı artaraq 2,6 min nəfərə çatıb.
Qazaxıstanın Almatı şəhərində antiterror əməliyyatı başlayandan hüquq-mühafizə orqanlarının əməkdaşları etiraz aksiyalarında, talanlarda və digər cinayətlərdə iştirak etdiklərinə görə 2 601 nəfəri saxlayıblar.
Bu barədə “Report” TASS-a istinadən xəbər verir. Qeyd edək ki yanvarın 15-də 2 402 nəfərin saxlanıldığı bildirilirdi.
"Antiterror əməliyyatı başlayandan indiyədək ümumilikdə 2 601 nəfər saxlanılıb. Ümumilikdə 127 odlu silah və 4 077 döyüş sursatı götürülüb", - şəhər komendaturasının mətbuat xidməti məlumat yayıb.
Şərhlər