Casusluq etdi,15 il həbs cəzası aldı

19.08.2015 16:34     Dünyadan reaksiya     2196

Rusiyada sentyabr ayında həbs olunan eston polisi Eston Kohver casusluq etdiyinə görə 15 il azadlıqdan məhrum edilib. Qərara Estoniya və Avropa İttifaqı etiraz edib.

Rusiyanın şimali-qərb şəhərlərindən Pskovda ərazi məhkəməsi Estoniya təhlükəsizlik işçisi Kohver ilə əlaqədar bağlı məhkəmə prosesini yekunlaşdırıb. Məhkəmə Kohveri Rusiyada casusluq etdiyinə görə günahkar bilərək 15 il azadlıqdan məhkum edib.

Qərara reaksiya verən Estoniya baş naziri Taavi Rovias qərarı qeyri-qanuni olaraq xarakterizə edib. Estoniya Nazirlər Kabinetindən Rusiyanın İnterfaks xəbər agentliyinə verilən açıqlamada bildirib ki, FTB tərəfindən Estoniya torpaqlarında Kohverin qaçırılması və Rusiyada nəzarətdə saxlanılması, başından etibarən qanuni deyildi. Estoniya Baş naziri qərarın ədalətli olmadığını qeyd edərək Kohverin sərbəst buraxılması üçün əllərindən gələn hər şeyi edəcəklərini bildirib.

Avropa İttifaqının xarici işlər üzrə ali komissarı Federika Mogherini də Rusiyanın bu qərarla beynəlxalq normaları pozduğunu iddia edərək, Kohverin dərhal sərbəst buraxılmasını və etibarlı şəkildə Estoniyaya qaytarılmasını tələb edib.

Şərhlər

Çox oxunanlar