Avropa Parlamentinin yeni prezidenti seçildi
18.01.2022 14:52 Dünyadan reaksiya 308
![](https://img.reaksiya.az/news/2022/01/photo_33496.jpg)
Avropa Parlamentinin yeni prezidenti seçilib.
"Reaksiya.az" xəbər verir ki, bu vəzifəyə maltalı deputat Roberta Metsola seçilib.
458 deputat Metsolanın lehinə səs verib. Məxfilik şəraitində keçirilən seçkilərin nəticəsini parlamentin vitse-prezidenti Pedro Pereyra açıqlayıb.
Metsola daha əvvəl Avropa Parlamentinin birinci vitse-prezidenti olaraq çalışıb. Yanvarın 11-i parlamentin prezidenti David Sassolinin dünyasını dəyişməsindən sonra prezidentin səlahiyyətlərini icra edib.
Şərhlər